2 Yanvar 2015 02:40
1 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Con Kerri və Rusiya Xarici İşlər naziri Sergey Lavrov telefon danışığı zamanı Ukrayna böhranını və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, bu barədə Rusiya XİN məlumat yayıb.

«Yanvarın 1-də ABŞ tərəfinin təşəbbüsü ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrovla Con Kerri arasında telefon danışığı baş tutub. Xarici siyasət idarəsi rəhbərləri Yeni il münasibətilə bir-birini təbrik etməklə yanaşı, Fələstin-İsrail münaqişəsinin nizamlanmasını da müzakirə ediblər. Bundan başqa Suriyada vəziyyət, Ukrayna böhranı, eləcə də Rusiya-ABŞ ikitərəfli münasibətlərinə aid bir sıra məsələlər müzakirə edilib», - Rusiya XİN-in açıqlamasında bildirilir.

Rusiya tərəfi danışıqların detallarını açıqlamayıb. ABŞ tərəfi isə bu danışıqlar barədə ümumiyyətlə, bilgi verməyib.

Nihad


Müəllif: