Qazaxıstan dördgünlük iş həftəsinə keçir.
Teleqraf.com xəbər verir ki, qanun iyulun 1-dən qüvvəyə minəcək.
Qanunvericiliyə edilən dəyişikliyə əsasən, bəzi sənaye sahələrində zərurət yarandıqda müxtəlif həftələrdə eyni vaxtda beşgünlük və dördgünlük iş həftəsi müəyyən edilə bilər. Beş günlük, altı günlük və ya dörd günlük iş həftəsi ilə ümumi istirahət günü bazar günüdür.
Beşgünlük və (və ya) dördgünlük iş həftəsi ilə ikinci və ya üçüncü istirahət günü kollektiv müqavilə və ya əmək qaydaları ilə müəyyən ediləcək.