24 Aprel 2023 14:58
1 465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sudanın devrilmiş prezidenti Ömər əl-Bəşir Kober həbsxanasından qaçıb.

Teleqraf.com xəbər verir ki, sözügedən həbsxananın yaxınlığında ordu bölmələri ilə Çevik Hərəkət Dəstələri arasında qarşıdurma baş verib.

Həbsxanaya hücumdan sonra əl-Bəşir digər məhbuslarla birlikdə həbsxanadan qaçmağa imkan tapıb.

2019-cu ilin aprelində baş vermiş hərbi çevrilişdən sonra Ömər əl-Bəşir hakimiyyətdən uzaqlaşdırılıb. O, 30 il Sudanı idarə edib. Çevriliş bütün ölkəni bürüyən etirazlar fonunda baş verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər