24 Aprel 2023 17:15
1 485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya mediası prezident və parlament seçkilərinə hazırlaşan Türkiyədəki gəlişmələri izləyir.

Teleqraf.com xəbər verir ki, 2023-cü ilin ən mühüm hadisələrindən biri kimi göstərilən seçkilər üçün geri sayım davam edərkən, Hindistanın ANI xəbər agentliyi Türkiyədəki seçki prosesinə geniş yer ayırıb.

“Dünya nəfəsini tutub Türkiyə seçkilərini izləyir”, - hind agentliyi yazır.

Seçkiləri yaxından izləyən Yunanıstan mətbuatı da Prezident Rəcəb Ərdoğanın açıqlamalarını manşetlərinə daşıyıb.

“Kathimerini” qəzeti Ərdoğanın dünyanın ilk PUA və Türkiyənin ən böyük döyüş gəmisi “TCG Anadolu”nu İzmirə göndərdiyini bildirib:

“Prezident Ərdoğan hazırda oradan müvafiq mesajları çatdırmaq üçün İzmirə yollanan “TCG Anadolu”nu “Mavi Vətənin Mühafizəçisi” adlandırıb”.

Türkiyə liderinin “TCG Anadolu”nun İzmirə gedəcəyini açıqladığını qeyd edən ERT isə “Ərdoğanın ikili mesajı” başlığına üstünlük verib.

ERT Ərdoğanın bu addımında ikili mesajının olduğunu vurğulayıb. İzmirin “müxalifətin qalası” olduğunu yazan nəşr bu şəhərin Yunanıstana yaxın olduğu üçün Afinaya da bir mesaj olduğunu bildirib.

“Ta Nea” qəzeti də Prezident Ərdoğanın sözlərinə geniş yer verib:

“Türkiyə prezidenti müxalifət ittifaqına qarşı hücuma keçib, Türkiyənin müdafiə sənayesinin yeni uğurlarına toxunub, Mavi Vətəndən danışıb”.

“Proto” qəzeti “TCG Anadolu”nun Ərdoğanın baxışları altında İstanbul boğazından keçərək, Qara dənizə yollandığını yazıb:

“Təyyarədaşıyan gəmi bayram atmosferində İstanbul limanından Qara dənizə yola düşüb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər