Şimali Koreya lideri Kim Conq Un Cənubi Koreya ilə dialoq və əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.
Publika.az-ın məlumatına görə, ənənəvi yeni il çıxışında Kim Seulla yüksək səviyyədə təxirə salınmış danışıqları bərpa etməyi nəzərdən keçirdiyini deyib.
Bu açıqlama Cənubi Koreyanın bu həftə yanvar ayında yüksək səviyyədə danışıqlar haqda təklifindən sonra verilib.
Seulun Unifikasiya nazirliyi Kimin açıqlamasını alqışlayaraq, təklifin səmimi olduğu halda, Cınubi Koreyanın onu qəbul edəcəyini bildirib.