24 Aprel 2023 17:02
2 734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hərbi kəşfiyyatı fevralın 24-də genişmiqyaslı işğalın ildönümündə Moskvaya kütləvi hücuma hazırlaşırdı, amma ABŞ-ın təkidi ilə bu plan ləğv edilib. Belə bir məlumat Pentaqonun internetə sızan sənədlərindən birində var.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Vaşinqton Post” qəzeti yazır.

Qəzetin iddiasına görə, Rusiya paytaxtına hücum planı hərbi kəşfiyyatın rəisi Kirill Budanovun göstərişi ilə Baş Kəşfiyyat İdarəsi (QUR) tərəfindən hazırlanıb.

“General-mayor Kiril Budanov zabitlərindən birinə 24 fevralda kütləvi zərbələrə hazırlaşmaq barədə əmr verərək, hər şeyin Baş Kəşfiyyat İdarəsinin nəzarətində olduğunu bildirib”, - nəşr qeyd edir.

Bundan əlavə, Pentaqonun məxfi sənədində vurğulanır ki, Ukrayna kəşfiyyatı Rusiyanın Qara dənizdəki ən mühüm limanı olan Novorossiysk şəhərinə zərbə endirmək imkanını nəzərdən keçirib. Qəzetin iddiasına görə, QUR Vaşinqtonun tələbi ilə Moskvaya zərbələri təxirə salmağa razılaşıb. Qeyd olunur ki, Vaşinqton bu zərbələrə Kremlin hədsiz aqressiv reaksiyasından ehtiyat edib.

“Hərbi əməliyyatları Rusiya ərazisinə keçirməyə çalışan Ukrayna bəzən münaqişənin Amerika və Rusiya qoşunları arasında birbaşa toqquşmaya çevrilməsinin qarşısını almağa çalışan ABŞ tərəfindən bəzən cilovlanır”, - qəzet bildirir.

Amerikalılar ondan ehtiyatlanırlar ki, Rusiya lideri Vladimir Putin belə zərbələri böyük təhlükə kimi qiymətləndirə və taktiki nüvə silahından istifadəyə əl ata bilər. Həmçinin Vaşinqton Rusiyaya kütləvi zərbələrdən sonra Çinin Moskvaya daha fəal kömək etməyə başlaya biləcəyindən ehtiyatlanır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər