Qüdsün mərkəzində avtomobil piyadaların üzərinə sürülüb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, hadisə nəticəsində 5 piyada xəsarət alıb. Sürücü hadisə yerində zərərsizləşdirilib.
"Şübhəli zərərsizləşdirilib, hadisə yerinə böyük polis qüvvələri cəlb edilib”, - məlumatda deyilib.
İsrail mətbuatının yazdığına görə, insident Qüds şəhərinin mərkəzində ən sıx alış-veriş yerlərindən biri olan Mahane Yehuda bazarının yaxınlığında baş verib.
İsrailin baş naziri Binyamin Netanyahu isə baş verən hadisəni terror aktı adlandırıb.