Rusiya xarici işlər naziri Sergey Lavrov Qərbi “bütün bəşəriyyətin adından danışmaq hüququ olmayan azlıq” adlandırıb.
Teleqraf.com xəbər verir ki, Rusiya rəsmisi ABŞ başda olmaqla, Qərb dövlətlərini ədəbli olmağa çağırıb.
“Beynəlxalq birliyin bütün üzvlərinə ədəb və hörmət göstərilməlidir”, - Lavrov bildirib.
Eyni zamanda, nazir ABŞ-ı uzun illər bütün bəşəriyyətin ən yüksək rifahı kimi qiymətləndirilən qloballaşmanı məhv etməkdə ittiham edib.