2 Yanvar 2015 12:39
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziyanın bir neçə gün əvvəl qəzaya uğrayan “itmiş” təyyarəsi ilə bağlı araşdırmalara cəlb olunan beynəlxalq ekspertlər qrupu təyyarənin qalıqlarının öyrənilməsi ilə bağlı fəal təhqiqatlar həyata keçirir.

Artıq qəzaya uğradığı məkan bəlli olan itmiş İndoneziya təyyarəsinin qalıqlarının axtarışına başlanılıb. Hazrıda fransız ekspertləri qrupu həssas akustik tənzimləyicilərin köməyi ilə "qara qutu"ların olduğu yeri aşkar etməyə çalışır. Qara qutuların tapılması uçuşun parametrləri və ekipaj heyətinin son danışıqları barədə daha dolğun məlumatın əldə edilməsinə yardımçı ola bilər.

Teleqraf.com-un məlumatına görə, təyyarə uçuşdan 42 dəqiqə sonra radarların ekranlarından yox olub. Onun bortunda 162 sərnişin və ekipajın üzvü var idi. Hava gəmisi yoxa çıxmamışdan öncə onun bortundan heç bir həyəcan siqnalı daxil olmayıb.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər