2 Yanvar 2015 13:32
3 671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın şərqində - Donbasın separatçıların nəzarətində olan hissəsində Rusiya silahlı qüvvələrinin fəallaşması və açıq hərəkətə keçməsi müşahidə edilir. Baş verənlər Ukraynada ciddi narahatlığa və yeni müharibə həyəcanının yaşanmasına səbəb olub.

Teleqraf.com-un məlumatına görə, cəbhədə təmas xəttində rus ordusunun Ukrayna antiterror qüvvələri ilə ön mövqelərə çıxması nəzərə çarpır. Bunun müqabilində separatçılar öz yerlərini rus hərbçilərinə verərək, tədricən ön xətdən geri çəkilirlər.

Rus hərbçiləri artıq təmas xəttində önəmli əhəmiyyət kəsb edən Qorlovka məntəqəsini tam nəzarətə götürüblər. Qorlovka şəhərinə yaxşı silahlanmış 300 Rusiya hərbçisi yerləşdirilib.

Yaranmış vəziyyət barədə sosial şəbəkədə öz səhifəsində ətraflı məlumat verən "İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitri Tımçuk da vəziyyətin böhranlı həddə çatdığını təsdiqləyib.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər