26 Aprel 2023 08:18
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı İrana qarşı sanksiyalar tətbiq edib.

Teleqraf.com xəbər verir ki, İranın maşınqayırma sənayesinə qarşı sanksiyalar tətbiq edilib.

Sayca yeddinci sanksiyalar paketində İran İslam Şurası Məclisinin üzvlərinin Aİ ərazisinə giriş qadağan olunub.

İranın avtomobil istehsalçıları artıq Avropa ölkələrindən heç bir cihaz və ya avadanlıq ala bilməyəcəklər.

Aİ-nin qərarında sanksiyaların İranda insan hüquqlarının kobudcasına pozulduğuna görə tətbiq edildiyi açıqlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər