ABŞ prezidenti Co Bayden G7 sammitində iştirak etmək üçün mayın 19-dan 21-dək Yaponiyanın Hirosima şəhərinə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer məlumat verib.
O əlavə edib ki, sammitdə qlobal problemlər, o cümlədən Ukrayna münaqişəsi müzakirə olunacaq.
2022-ci ilin dekabrında Baydenin bu səfər zamanı Naqasaki şəhərinə də səfər edə biləcəyi bildirildi. Beləliklə, o, 1945-ci ildə atom bombasına məruz qalmış bu şəhəri ziyarət edən ilk ABŞ prezidenti ola bilər.