26 Aprel 2023 11:15
1 566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın rejim qüvvələri və İrana bağlı terrorçu qruplaşma İdlibdə atəşkəsi pozub.

Teleqraf.com xəbər verir ki, silahlılar Kəfrənbil şəhərinin Marbelit kəndinə hücum ediblər.

Türkiyə mətbuatının məlumatına görə, hücum nəticəsində 1 mülki şəxs həlak olub, 4 nəfər isə yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

2017-ci ildə keçirilən Astana görüşündə Türkiyə, Rusiya və İran Bəşər Əsəd rejiminin nəzarətində olmayan ərazidə 4 “deeskalasiya zonası” yaratmaq qərarına gəlib.

İranın dəstəklədiyi terrorçular və Rusiyanın hücumları davam edərkən, rejim qüvvələri 4 bölgədən 3-nü ələ keçirərək İdlibə yönəlib.

Türkiyə 2018-ci ilin sentyabrında Rusiya ilə atəşkəsi gücləndirmək üçün əlavə razılaşma əldə etsə də, 2019-cu ilin mayından hücumlar yenidən güclənib. Türkiyə ilə Rusiya arasında 2020-ci il martın 5-də imzalanan yeni razılaşmadan sonra atəşkəs əsasən qorunub.

2017-2020-ci illərdə hücumlardan qaçan 2 milyona yaxın mülki şəxs Türkiyə sərhədinə yaxın ərazilərə köç etmək məcburiyyətində qalıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər