2 Yanvar 2015 15:26
1 590
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD-in Yeni Zelandiyadan olan döyüşçüsü sırf təsadüf nəticəsində - özü də bilmədən “Twitter” vasitəsilə terrorçuların məxfi bazasının yerinin müəyyənləşməsinə yardımçı olub.

Teleqraf.com-un məlumatına görə, Əbu Əbdürrəhman kimi tanınan terrorçunun öz hesabından sosial şəbəkədə yerləşdirdiyi 45 mesaj onun və terrorçu dostlarının sığınacağını aşkara çıxarıb. Əsl adı Mark Teylor olan yeni zelandiyalı dərk edib ki, sosial şəbəkənin qeoteqqinq funksiyası nəticəsində xəritədə onun yeri dəqiq müəyyən edilib.

Bundan sonra o, öz hesabından 45 tviti silib. Mütəxəssislər müəyyənləşdiriblər ki, mesajlar Suriyanın İŞİD-in nəzarətində olan Əl-Takba və Ar-Rakka şəhərlərində sığınacaq kimi istifadə olunan 2 evdən yerləşdirilib.

Teylor hərəkət məhdudiyyətlərinə baxmayaraq, 2012-ci ilin mayında Yeni Zelandiyadan çıxmağı bacarıb. Döyüşçü öz pasportunu nümayişkaranə formada yandırıb və “Facebook” sosial şəbəkəsinə müvafiq şəkili yerləşdirib.

Bununla yanaşı, Teylor sonradan Yeni Zelandiyanın pasport bürosuyla əlaqə saxlayıb. O, yeni sənəd almaq üçün müraciət edib. Lakin ona pasport bürosundan hər hansı cavab verilməyib.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər