Naməlum pilotsuz təyyarə Rusiyanın Belqorod vilayətinin Nejeqol kəndindəki elektrik stansiyasına kustar üsulla hazırlanmış partlayıcı atıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Partlayıcının işə düşmədiyi, tələfatın olmadığı bildirilib. Ukrayna ilə həmsərhəd Belqoroda pilotsuz təyyarənin düşməsindən sonra hər hansı dağıntı qeydə alınmayıb.
Aprelin 25-də Belqorod qubernatoru Vyaçeslav Qladkov Ukrayna Silahlı Qüvvələrinin sözügedən vilayətin Çeremoşnoye kəndini atəşə tutması barədə məlumat verib.
Həmin gün TASS agentliyi Moskva vilayətinin müxtəlif istiqamətlərində vurulmuş 3 kvadrokopterin tapıldığını, bunlardan birinin də Belqorodda aşkarlandığını yazıb.