26 Aprel 2023 16:18
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın AKP hökumətinin həbsdə (İmralıda) PKK terror təşkilatının lideri Abdullah Öcalanın yanına nümayəndə göndərməsi ilə bağlı iddiaya cavab verib.

Teleqraf.com xəbər verir ki, Türkiyə rəsmisi bu iddianın həqiqəti əks etdirmədiyini deyib.

“Dünən İmralıda görüş olduğu barədə iddia irəli sürülüb, bunun açıq və birmənalı şəkildə yalan olduğunu bildirmək istəyirəm. Bunlar müəyyən dairələrin siyasi üstünlük əldə etmək üçün irəli sürdüyü iddialardır. Onların bununla bir nəticəyə gəlməsi mümkün deyil, belə bir görüş olmayıb”, - Kalın söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər