27 Aprel 2023 08:18
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti "MH-60R" helikopterlərinin və digər sistemlərin Norveçə təxminən 1 milyard dollara mümkün satışına icazə verib.

Teleqraf.com-un məlumatına görə, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi bildirib.

Məlumata əsasən, ABŞ Müdafiə Nazirliyi təxminən 1 milyard dollar qiymətinə "MH-60R" çoxməqsədli helikopterlərin və müvafiq avadanlıqların Norveç hakimiyyətinə" potensial satışını təsdiqlədi.

ABŞ administrasiyası artıq bu qərarla bağlı ABŞ Konqresini xəbərdar edib. Qanunverici orqanın potensial razılaşmanı nəzərdən keçirmək 30 günü var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər