27 Aprel 2023 11:43
2 464
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya qüvvələri bəzi istiqamətlərdə elit birləşmələrin resurslarının kəskin azalması səbəbindən müdafiəyə keçirlər. Bununla belə, işğalçılar Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı zamanı mühasirəyə düşməmək üçün öz mövqelərini saxlamağa çalışırlar”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, ordu generalı Nikolay Malomuj deyib.

“Bu istiqamətlərdə (Baxmut və Avdiv) müdafiəni saxlamağa məcburdurlar, çünki Ukrayna ordusu cinahlardan və ya arxadan zərbə endirə bilər. Bu durumda bu dəstələr tam mühasirəyə və ya yarımmühasirəyə alınacaq”, - general bildirib.

Malomujun qənaətinə görə, ruslar öz qoşunları ilə manevr etməyə və ehtiyatlar formalaşdırmağa çalışacaqlar. Bununla belə, general hesab edir ki, elit birləşmələri bərpa etmək çətindir, çünki Ukrayna əks-hücuma keçəndə ruslar təkcə hərbi deyil, həm də siyasi baxımdan məğlub olacaqlar.

“Hərbi elita məhv edildikdə, effektli əks-hücum əməliyyatı üçün alternativ olmayacaq. Resurslar həm Baxmut, həm Avdiv, həm də Uqledarın işğal altında qalacağına söz verən Putinin özü tərəfindən itiriləcək. İşğalçılar Ukraynanın əks-hücumuna qarşı qüvvə toplamaq əvəzinə, kiçik qəsəbə və kəndləri ələ keçirmək üçün mənasız cəhdlərini davam etdirirlər”, - general vurğulayıb.

Malomujun fikrincə, hərəkətlərin bu məntiqsizliyini “Putinin iradəsi” diktə edir:

“Putinin problemi planlarının həyata keçməməsidir. Qoşunları bütün Donetsk və Luqansk vilayətlərinə nəzarəti ələ keçirə bilmədi, Xarkov vilayətində də uğur qazana bilmədilər. Ona görə də nəyin bahasına olur-olsun, bütün gücünü bu məqsədlərə çatmaq üçün irəli atır. Hərbçiləri bunu edəcəklərini deyirlər, amma alınmır. Putin özü də köşəyə sıxışdırılıb və oradan çıxa bilmir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər