2 Yanvar 2015 19:10
2 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

31 İyulda, kömək vəzifəlisi olaraq getdikləri Suriyada qaçırılan italyan xanımlar Vanessa Marzullo və Greta Ramellinin “Əl Nusra”nın əlində olduğu ortaya çıxıb.

Teleqraf.com-un xarici KİV-ə istinadən məlumatına görə, təşkilatın yaydığı videoda qadınlar İtaliya hökumətindən kömək istəyir. Keçən yaz İtaliyadan Suriyaya kömək etmək məqsədi ilə gedən və 31 İyulda Hələbdə qaçırılan 20 yaşındakı Greta Ramelli və 21 yaşındakı Vanessa Marzullonun “Əl Qaidə” ilə əlaqəli terror təşkilatı Əl Nusranın əlində olduğu bəlli olub.

Gənc qadınlar videoda "ölüm təhlükəsi altında" olduqlarını söyləyiblər. “YouTube”-da yüklənən 23 saniyəlik videonun 17 dekabrda çəkildiyi görünür. Videoda qara çarşab geyən Ramelli və Marzullo, "Böyük təhlükə altındayıq və öldürülə bilərik. Hökumətimizə və vasitəçilərə Miladdan əvvəl evdə olmaq üçün yalvarırıq. Hökumət və onun vasitəçiləri bizim həyatımıza məsuldur" sözləriylə kömək çağırışında var.

Gənc qadınların ailələrinin, uşaqlarının Suriyaya getməsinə icazə vermələri səbəbiylə İtaliyada tənqid olunduğu bilinərkən, Ramellinin anası Antonella, qızının kömək vəzifəlisi olmağa qərarlı olduğunu və kiçik yaşdan bəri insanlara kömək etdiyini açıqlayıb. Ramelli tənqidlərə "Əgər qızınız sizə, “Ana, o ölkədə uşaqlar öldürülür. Gedib kömək etməm lazımdır” desə, nə söyləyə bilərsiniz?" sözləriylə cavab verib.

İLHAMƏ


Müəllif: