27 Aprel 2023 18:11
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Time” jurnalı CHP sədri, Türkiyə müxalifətinin Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu ilə xüsusi müsahibə yayımlayıb.

Teleqraf.com xəbər verir ki, “Ərdoğana qalib gələ biləcək namizəd” başlıqlı müsahibədə Prezident Rəcəb Tayyib Ərdoğanı demokratik yolla məğlub edəcəyini iddia edib.

Seçkidə qalib gələcəyi təqdirdə xarici siyasətdə atacaqları addımlarla bağlı ipucları verən CHP sədri Türkiyənin ABŞ, NATO və Avropa Birliyi (AB) ilə münasibətlərini yenidən quracağını deyib.

“Time” seçkidə qalib gələcəyi təqdirdə Kılıçdaroğlunun Ceremi Rifkin və Daron Əcəmoğlu (erməni əsilli) kimi iqtisadçıları müşaviri təyin edəcəyini yazıb.

Kılıçdaroğlu səlahiyyət müddəti bitdikdən sonra nəvələri ilə vaxt keçirmək üçün vəzifəsindən ayrılacağına söz verib: “Mən ambisiyaları olan biri deyiləm”.

ABŞ nəşri Prezident Ərdoğanın sərt, amma xarizmatik olduğunu, indiyədək seçkilərdə uduzmadığını, Kılıçdaroğlunun isə daha mülayim olduğunu, amma bütün seçkilərdə qalib olmadığını yazıb.

Jurnal Kılıçdaroğlunun ən böyük gücünün arxasındakı ana müxalifət olduğunu iddia edib.

“MetroPOLL” soğru şirkətinin rəhbəri Özər Şəncar isə “Time”a müsahibəsində Ərdoğanın daha geniş bazaya malik olduğunu deyib. Şəncar qeyd edib ki, keçmiş uğurlar və güclü lider keyfiyyətləri türklərin namizəddə dəyər verdikləri ən önəmli amillərdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər