Rusiya və Türkiyə Mərsin Akkuyu Atom Elektrik Stansiyasının ilk yanacağını doldurmağa hazırlaşarkən, Rusiya Prezidenti Vladimir Putinlə türk həmkarı Rəcəb Tayyib Ərdoğan telefonla danışıb.
Teleqraf.com xəbər verir ki, iki liderin görüşündə Akkuyu Atom Elektrik Stansiyası ilə yanaşı, regional məsələlər və ikitərəfli əlaqələr müzakirə edilib.
Görüşdə vitse-prezident Fuat Oktay, prezidentin sözçüsü İbrahim Kalın və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi Hakan Fidan da iştirak edib.
Ötən günlərdə canlı yayımda səhhəti pisləşən Prezident Ərdoğan Mərsin mitinqini təxirə salaraq, onlayn olaraq Akkuyu Atom Elektrik Stansiyasının açılışına qatılacağını açıqlamışdı.
Səhiyyə naziri Fahrettin Koca hazırda prezidentin səhhətinin yaxşı olduğunu bildirib.