Egey dənizində, Türkiyənin Çanaqqala əyalətinin Ayvacık rayonu sahillərində 50 qeyri-qanuni miqrant xilas edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Somali, Eritreya və Yəməndən olan miqrantların olduğu rezin qayıq Yunanıstan tərəfindən Türkiyənin ərazi sularına qovulub. Müvafiq məlumat daxil olduqdan sonra Türkiyə sahil mühafizəsinin qayığı miqrantların yanına göndərilib.
Miqrantlar xilas edilərək sahilə çıxarılıb.
Müvafiq prosedurlardan keçdikdən sonra bütün qeyri-qanuni miqrantlar Miqrasiya İdarəsinə aparılıb.