Aprelin 27-də Avropa Şurası Parlament Assambleyası ukraynalıların Rusiyaya məcburi deportasiyasını pisləyən qətnamə qəbul edib.
Teleqraf.com xəbər verir ki, qətnamədə məcburi deportasiya beynəlxalq hüquqa görə soyqırımı əlaməti hesab olumur. Ona görə də bütün hallar araşdırılmalı və bu işdə iştirak edənlərin hamısı məsuliyyətə cəlb edilməlidir.
Qeyd edək ki, bu sənəddə ilk dəfə olaraq Rusiyanın müasir Ukraynadakı hərəkətlərinə münasibətdə “soyqırımı” ifadəsi işlədilir. Qətnamə Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putin və Uşaq Hüquqları üzrə Ombudsman Mariya Lvova-Belovanın həbsinə order verilməsi barədə qərarını da alqışlayır.