Rusiya bu gün səhərin erkən saatlarında Xəzər dənizi hövzəsindən TU-95 strateji təyyarəsi ilə Ukraynaya hücum edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri Rusiyanın 23 “X-101” və “X-555” qanadlı raketindən 21-ni, həmçinin 2 PUA-sını məhv edib.
Səhər saatlarında Ukraynanın bütün ərazisində “hava həyəcanı” siqnalı verilib. Çerkas vilayətinin Uman şəhərinə iki raket düşüb. Zərbələr çoxmərtəbəli yaşayış binasına və anbara dəyib. Zərbələr nəticəsində mülki şəxslər arasında ölənlər var.
Ruslar Kiyev və Dnepr vilayətlərini də vurublar. Bu bölgələrdə də ölənlər qeydə alınıb.