Avropa Birliyi (AB) ölkələrinin 3 ay ərzində vizanı ləğv edəcəyini və Türkiyə vətəndaşlarının vizasız səyahət edə biləcəyini iddia edən CHP sədri, prezidentliyə namizəd Kamal Kılıçdaroğlunun açıqlaması Almaniya tərəfindən rəsmən təkzib edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb.
Qəzet Almaniya Xarici İşlər Nazirliyinə belə bir sual ünvanlayıb: “CHP sədri Kamal Kılıçdaroğlu Almaniya və AB-yə vizasız daxil olmağın mümkün olduğunu təsdiqləyən açıqlama verib. Belə bir qərar varmı?”.
XİN cavabında Almaniya hökumətinin belə bir məsələdən xəbərinin olmadığı bildirilib.
Bundan sonra ondan vizanın ləğv edilib-edilməyəcəyi soruşulub. Almaniya XİN-in sözçüsü suala qısaca “Xeyr” cavabı verib.
Almaniya rəsmisi viza tələbininin qaldırılmasının planlaşdırılıb-planlaşdırılmaması ilə bağlı sualı da cavablayıb. O, bunu təkzib edib.
“Xeyr, belə bir plan yoxdur. Bunu təsdiqləyə bilmərik”, - XİN sözçüsü deyib.