Rusiya Prezidenti Vladimir Putinin Moldovaya girişi qadağan edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin baş naziri Dorin Reçan məlumat verib.
“Rusiya Federasiyası bizə nə etmək və nəyi etməmək lazım olduğunu deyə bilməz. Moldova müstəqil, suveren ölkədir və xalqın və ya konkret vətəndaşın seçiminə hörmət etməyən hər kəs dövlətin sərhədlərini keçə bilməz”, - nazir bildirib.
Onun sözlərinə görə, digər Rusiya rəsmilərinin də Moldova ərazisinə girişi qadağan edilib, amma siyahı hələlik açıqlanmır:
“Bəziləri bu barədə gələndə öyrənir, bəziləri artıq bilir. Nə vaxtsa siyahını dərc edəcəyik”.