29 Aprel 2023 16:59
13 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Oman körfəzində sanksiya əməliyyatı çərçivəsində İran tankerindəki nefi müsadirə edib.

Teleqraf.com xəbər verir ki, İsrailin “Yerusəlim Post” qəzeti Tehran və Vaşinqtonun Yaxın Şərqdə açıq toqquşma ehtimalının artdığına diqqət çəkib.

Yüklərin müsadirəsi Vaşinqton və Tehran arasında uzunmüddətli sanksiya təzyiqindən sonra yeni qarşıdurmadır. İran sanksiyaları tanımır və neft ixracını artmağa çalışır. Üstəgəl, molla rejimi nüvə proqramının “mülki məqsədli” olduğunu iddia edir, Vaşinqton isə onun nüvə silahı hazırlamaq istədiyindən şübhələnir.

ABŞ Hərbi Dəniz Qüvvələri İranın aprelin 27-də Oman körfəzində Marşal Adaları bayrağı ilə üzən bir tankeri saxladığını açıqlayıb. İran isə ABŞ-ın onun tankerini saxlayarkən, vətəndaşlarının yaralandığını iddia edir

İran dövlət televiziyası dünən bildirib ki, tanker İran gəmisi ilə toqquşduqdan sonra səkkiz saat ərzində radiosiqnallara məhəl qoymayıb, nəticədə bir neçə ekipaj üzvü yaralanıb, üç nəfər itkin düşüb.

Son gəlişmədən sonra 12 amerikalı senator Prezident Co Baydenə müraciət edərək, İrandan neft daşınmalarının tam dayandırılması üçün bir sıra siyasi maneələri aradan qaldırmağa çağırıb.

Son iki ildə ABŞ dənizlər və okeanlarda müxtəlif istiqamətlərdə üzən bir neçə İran gəmisini saxlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər