“Qərbin Rusiyanı təcrid etmək cəhdləri tamamilə iflasa uğrayıb”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Vaşinqtonun və tərəfdaşlarının tarixin gedişatını tərsinə çevirmək, beynəlxalq ictimaiyyəti uydurma “qaydalara əsaslanan nizam”da yaşamağa məcbur etmək cəhdlərinin nəticəsiz qalması qanunauyğun görünür. Təkcə Rusiyanı təcrid etmək istəyən Qərb xəttinin tam uğursuzluğa düçar olduğunu deyə bilərəm. Dünya dövlətlərinin əksəriyyəti keçmiş müstəmləkəçilər üçün “oddan şabalıd çıxarmaq” istəmirlər”, - Lavrov bildirib.
Nazir son 30 ildə “Böyük Yeddilik” ölkələrinin dünya iqtisadiyyatında payının ciddi şəkildə azalmasına, inkişaf etməkdə olan bazarlara malik ölkələrin çəkisinin durmadan artmasına diqqət çəkib. Lavrov indi "dünya bazarlarını tənzimləyən birinci iqtisadi güc"ün Çin olduğunu iddia edib.