3 Yanvar 2015 00:45
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçdə məscidlərə qarşı təşkil olunan hücumlar və bir neçə məscidin yandırılması kəskin etiraz dalğası doğurub. Ölkənin müxtəlif bölgələrində yüzlərlə insan küçələrə axışaraq, bu vandalizmə son qoyulmasını tələb edib.

Paytaxt Stokholmda isə etiaz aksiyası daha izdihamlı olub. Belə ki, mindən çox etirazçı ölkədə son zamanlar məscidlərə yönələn hücumlara qarşı təşkil olunmuş yürüşə qatılıb.

Teleqraf.com-un “BBC”-yə istinadən verdiyi xəbərə görə, “Mən məscidimə toxunmayın!” şüarı səsləndirən etirazçılar İsveç parlamentinin qarşısında etiraz aksiyası keçiriblər.

Xatırladaq ki, ötən gün İsveçin şərqindəki Upsala şəhərində naməlum şəxslər İslam dini mərkəzinin yerləşdiyi binaya “Molotov kokteyli” atıblar.

Bundan bir neçə gün əvvəl isə ölkədə naməlum şəxslər tərəfindən iki məscid yandırılıb.


Müəllif:

Oxşar xəbərlər