Aprelin 29-da Rusiyanın Polşa səfirliyindəki məktəbin ələ keçirilməsinə Moskva çox sərt cavab verəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Diplomat həmçinin uşaqların təhsilinin tezliklə davam etdiriləcəyini də vurğulayıb.
Onun sözlərinə görə, məktəb bir neçə gün ərzində Polşa hakimiyyətinin zəbt etdiyi binadan yeni binaya köçürüləcək.