1 May 2023 10:35
1 752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Roma Papası Frensisk Vatikanın Rusiya və Ukrayna arasında müharibəni sona çatdırmağa çalışan sülh missiyasında iştirak etdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, papa hələlik bu barədə açıq danışmağın vaxtının olmadığını iddia edib.

“Mən edilməsi lazım olanı etməyə hazıram. İndi bir missiya var, amma hələ ictimai deyil. Vaxtə çatanda açıqlayacam”, - Frensisk deyib.

Onun sözlərinə görə, sülh həmişə müxtəlif kanalların açılması ilə əldə edilir: “Siz bağlanmaqla heç vaxt sülhə nail ola bilməzsiniz. Bu asan deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər