1 May 2023 11:35
1 903
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranın nüvə proqramını yalnız hərbi təhdidlə dayandırmaq olar”.

Teleqraf.com xəbər verir ki, bunu İsrail Baş naziri Binyamin Netanyahu deyib.

“Əgər İranın hərbi nüvə dövlətinə çevrilməsini dayandırmaq istəyirsinizsə, yeganə yol real hərbi təhdiddir”, - baş nazir bildirib.

ABŞ və qonşu dövlətlərə müraciət edən Netanyahu bunun hamının borcu olduğunu söyləyib.

“Bəzi əməliyyat və iqtisadi-siyasi səylərimiz İranın ilkin planlarını alt-üst edib”, - Netanyahu vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər