12 May 2014 13:14
1 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəməndə ABŞ-a məxsus pilotsuz təyyarədən terrorçulara raket zərbəsi endirilib.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, raket zərbəsinin hədəfi terrorçuların olduğu avtomobil olub. Bir anda alovlnan avtomobilin içərisindəki 6 terrorçu həlak olub. Onlardan ikisinin şəxsiyyəti müəyyən edilib.

Bunun ardınca Yəmənin bir neçə vilayətində müdafi naziri Məhəmməd Nasir Əhməd Əlinin başçılığı altında Hərbi Hava Qüvvələrinin iştirakı ilə antiterror əməliyyatı başlayıb. Şabva əyalətində onlarla terrorçu öldürülüb, onlara məxsus texnika məhv edilib.

Nihad


Müəllif: