1 May 2023 14:26
1 973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə prezident və parlament seçkilərinə sayılı günlər qalır.

Teleqraf.com xəbər verir ki, “Ada” Araşdırmalar Mərkəzi 26-29 aprel tarixləri arasında 81 vilayətdə 3278 insanla keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

Sorğunun nəticələrinə görə, liderlərin səs nisbəti belədir:

Prezident Rəcəb Tayyib Ərdoğan – 48.9 faiz

CHP sədri Kamal Kılıçdaroğlu – 45.8 faiz

Məmləkət Partiyasının sədri Məhərrəm İncə - 2.9 faiz

ATA İttifaqının namizədi Sinan Oğan – 2.4 faiz

Respondentlərə “Bu bazar günü parlament seçkiləri olsa, partiyalardan hansına səs verərdiniz” sualı da ünvanlanıb. Sorğuya görə, bu durumda hakim partiya – AKP 39.3 faiz, CHP isə 26.9 faiz səs alardı.

Həmçinin “Ada”nın sorğusuna əsasən, seçkilər ikinci tura qalsa, Rəcəb Tayyib Ərdoğan 51.1 faiz, Kamal Kılıçdaroğlu isə 48.9 faiz səs toplayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər