Qərbdəki tərəfdaşlarımız anlamalıdırlar ki, artıq qəti qərarlar qəbul etmək vaxtıdır və tərəddüd etməmək lazımdır. Rusiyaya cavabımız aydın və vahid olmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.
Prezident Gürcüstanın NATO-ya üzvlüyünün Rusiyaya açıq cavab olacağını vurğulayıb.
Zurabişvilinin sözlərinə görə, Rusiyanın işğalı bütün dünya, xüsusilə də Avropa qitəsi üçün təhlükənin miqyasının yeni dərk edilməsinə səbəb olub.
“Biz Atlantik Alyansına inteqrasiya yolumuzu gücləndirmək üçün səylərimizi əsirgəməməliyik. Vilnüs sammitinin bu baxımdan mühüm hadisə olacağına ümid etmək qalır”, - Gürcüstan prezidenti əlavə edib.