1 May 2023 17:02
1 758
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənubi Afrika Respublikasının (CAR) xidmətləri çətin ki, Vladimir Putini bu ölkəyə ehtimal edilən səfəri zamanı həbs etsin”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı politoloq Aleksey Qaran deyib.

Onun sözlərinə görə, həbs üçün formal əsasların olmasına baxmayaraq, bu baş verməyəcək.

“Əgər Putin ora getsə, çətin ki, onu orada kimsə həbs etsin, hərçənd formal nöqteyi-nəzərdən Roma Statutunu imzalayan və Beynəlxalq Cinayətlər Məhkəməsinin üzvü olan ölkə kimi Cənubi Afrika bunu etməlidir”, - politoloq vurğulayıb.

Qaran qeyd edib ki, CAR Roma Statutunun qüvvədə olmasına baxmayaraq, bir dəfə öz öhdəliklərini yerinə yetirə bilməyib. 2015-ci ildə Cənubi Afrikaya səfəri zamanı hərbi cinayətdə ittiham olunan Sudanın o vaxtkı Prezidenti Ömər əl-Bəşiri həbs etməyib.

Qaran onu da qeyd edib ki, Vladimir Putin Rusiyanı tərk etmək istəmədiyi üçün CAR-a getməyə bilər: “Çünki hakimiyyətdən uzaqlaşdırılması onun ölkədə olmadığı müddətdə baş verə bilər”.

Mart ayında Beynəlxalq Cinayətlər Məhkəməsi Rusiya prezidentinin Ukraynadakı hərbi cinayətlərinə görə həbsinə order verib. Buna əsasən, dünyanın 123 ölkəsi səfər edəcəyi təqdirdə onu həbs etməlidir. Bu, beynəlxalq məhkəmənin üzvü olan CAR-a da aiddir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər