Sayılı günlər qalan Türkiyədəki seçkilər dünya mediasının gündəmindən düşmək bilmir.
Teleqraf.com xəbər verir ki, “France 24” kanalı Cümhur İttifaqının namizədi Prezident Rəcəb Tayyib Ərdoğan və əsas rəqibi, Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlunun mitinqlərini dəyərləndirib.
Kanal AKP və Ərdoğanın Ankara mitinqi ilə bağlı bildirib:
“Təcrübəli türk lider ötən həftə üç gün onu meydandan kənarda qoymuş xəstəlikdən heç bir əlaməti göstərmədən bir neçə yüz min insanlıq Ankara meydanını bayraqlı pərəstişkarları ilə doldurdu:
Reportajda seçkilərlə bağlı “Osmanlıdan sonrakı tarixin ən önəmli seçkilərindən biri” ifadəsi işlədilib. Ərdoğanı izləməyə coşğulu bir izdihamın gəldiyini bildirən “France 24” Türkiyə liderinin Ankara mitinqində işlətdiyi “Əzici qələbə qazanmağa hazırıqmı?” sözlərinə yer verib.
Seçkilərə iki həftə qalmış hər iki tərəfin çətin mübarizəyə girdiyini yazan “France 24” Kılıçdaroğlunun sözlərindən də sitat gətirib:
“Keçmiş məmur Kılıçdaroğlu həyat yoldaşı Selvi ilə səhnəyə çıxdıqdan sonra onu alqışlayan kütləyə “Bunlar demokratiyamızı yenidən qurmaq üçün keçirilən seçkilərdir” deyib. O, ölkəyə “sülh və qardaşlıq” gətirəcəyinə söz verib”.