Türkiyəli politoloq Murad Bahadır Akkoyunlu 14 may prezident və parlament seçkiləri ilə bağlı ilginc proqnoz verib.
Teleqraf.com xəbər verir ki, canlı yayımda çıxış edən Akkoyunlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük fərqlə qalib gələcəyini iddia edib.
“Kamal Kılıçdaroğlu ilə bağlı heç bir suala cavab verə bilmərəm. Kamal Kılıçdaroğlu açıq şəkildə ölkəni xarici ortaqları ilə idarə edəcəyini deyir. Bunu yaza bilərsiz? Ərdoğan ən azı 55 faiz alacaq.
Hətta 57 faiz belə sürpriz olmazdı. Çünki Türkiyədə meydanın öz reallığı var. Türkiyədə seçkilərin nəticələrini səssiz qalanlar müəyyənləşdirir, qışqıranlar yox. İctimai rəy şirkətləri susan seçiciləri çətinliklə ölçə bilirlər. Türkiyənin susqun insanları var, onlar səsverməyə gedəndə danışırlar. Dediyim kimi, bundan sonra heç bir proqnoz verməyəcəm. Görərik”, - ekspert bildirib.