2 May 2023 12:22
1 665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hakim partiyasının (AKP) İstanbul təşkilat sədri Osman Nuri Kabaktəpə seçkilərdən əvvəlki son durumu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, partiya rəsmisi AKP-nin İstanbulda rəqiblərindən böyük fərqlə irəlidə olduğunu deyib.

“Bu seçkidə İstanbulda birinci partiyayıq. CHP-dən ən azı 10 faiz öndə olmaqla seçkiləri qazanacağıq. İstanbulda deputat yerlərinin 50 faizini almaq üçün çalışırıq. Cümhur İttifaqımızla birlikdə İstanbulda 50 faizi keçərək, istədiyimiz nəticəyə nail olacağıq. Bunu həm sahədəki tədqiqatlarımızla, həm də məlumatların araşdırılması ilə görürük”, - Kabaktəpə bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər