2 May 2023 17:21
1 840
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nyu-York ştatında fərdi silahlanmaya qarşı mübarizə kampaniyası başladılıb.

Teleqraf.com-un xəbərinə görə, Nyu-Yorkda başladılan kampaniyada silahlarını təhvil verənlərə 500 dollarlıq hədiyyə sertifikatı təqdim olunur.

Birdən çox silah gətirənlərə əlavə 150 ​​dollarlıq hədiyyə sertifikatı çatır.

Kampaniya başlayandan indiyədək 3000-dən çox silah yığılıb.

Odlu silahların yığılması üçün ştatda doqquz məntəqə yaradılıb. Məlumata görə, təhvil verilən silahların əksəriyyəti ştatdan kənar əyalətləri əhatə edir.

Qeyd edək ki, ABŞ-da yerləşən Silah Zorakılığı Arxivinin məlumatlarına görə, bu il ölkədə təxminən 6 min adam silahlı hücumlarda həyatını itirib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər