2 May 2023 17:30
2 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə mayın 14-də keçiriləcək seçkilər yaxınlaşdıqca beynəlxalq media prosesə diqqətini artırır.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın “Assoşieyted Press” (AP) xəbər agentliyi Prezident Rəcəb Tayyib Ərdoğanla Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlunun müqayisə edildiyi təhlil yayımlayıb.

Təhlildə Kılıçdaroğlu ilə Ərdoğanın bir-birindən fərqli fiqurlar olduğuna diqqət çəkilib:

“Ərdoğanın cazibədar natiq olduğu halda Kamal Kılıçdaroğlu yumşaq danışır. Ərdoğan öz tərəfdarlarına çatmaq üçün dövlət resurslarından və fəaliyyətlərindən istifadə edən usta təşviqatçı ikən, Kılıçdaroğlu mətbəxində lentə aldığı videolarla seçicilərinə müraciət edir”.

ABŞ agentliyinin iddiasına görə, müxalifət daxilindəki parçalanmalar da 69 yaşlı Ərdoğanın hakimiyyətdə qalmasına uzun müddət kömək edib.

Kılıçdaroğlunun kürd partiyalarının “Əmək və Azadlıq” İttifaqının dəstəyini aldığı diqqətə çatdırılıb.

Təhlildə seçiləcəyi təqdirdə Kılıçdaroğlunun mümkün xarici siyasət addımlarına da qısa yer verilib: “Analitiklər Kılıçdaroğlunun Rusiya ilə iqtisadi əlaqələri qoruyaraq, çox güman ki, daha çox Avropa və NATO-ya meylli mövqe tutacağını deyirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər