Türkiyənin “Hürriyət” qəzetinin yazarı Ahmet Hakan ölkənin kilidləndiyi seçkilərlə bağlı proqnozlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, jurnalist Prezident Rəcəb Tayyib Ərdoğanın öndə olduğunu bildirib.
Onun sözlərinə görə, Cümhur İttifaqı (AKP-MHP) parlament çoxluğunu təmin etmək baxımından daha üstün görünür.
Ahmet Hakanın proqnozu aşağıdakı kimidir:
“Seçkilərin birinci turda başa çatma ehtimalı 50 faizin altındadır.
Ərdoğan və Kılıçdaroğlu səsvermə nisbəti - Ərdoğan bir az irəlidə görünür.
Səs nisbətləri bir-birinə o qədər yaxındır ki, təmkinli olmaqda fayda var.
Xaricdəki səslər düşünüldüyündən daha çox həlledici olacaq.
Məhərrəm İncənin səslərində müəyyən azalma var, Sinan Oğanın səslərində isə cüzi artım. Amma seçkilərə üç gün qalmış İncə və Oğanın səsləri azala bilər.
Cümhur İttifaqı parlament çoxluğunu təmin etmək baxımından daha üstün görünür.
MHP gözləniləndən çox səs toplaya bilər.
İYİ Partiyanın səs nisbətinə gəlincə, təxminən 8 faizdir. Rifah və TİP oxşar nəticə göstərsə, təəccüblənməyin.
Ən böyük məyusluq bu üç partiyada olacaq: DEVA, Səadət və Gələcək. Bu üç partiyanın ümumi səsləri 1 faizdən az ola bilər.
HDP, yəni Yaşıl Sol Partiyanın səs nisbəti – 11-12 faiz
Seçkilərə iki həftə qalıb, bu müddətdə nələrin olacağını gözləmək lazımdır”.