Ukraynada hərbi vəziyyət rejimi və ümumi səfərbərlik müddəti avqustun 18-dək uzadılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Ali Radası qərar qəbul edib.
Qanunverici orqanın 324 deputatı “Ukraynada hərbi vəziyyətin müddətinin uzadılması haqqında” qanun layihəsinin lehinə səs verib.
333 deputat isə ümumi səfərbərliyin müddətinin uzadılmasını dəstəkləyib.