Rusiya qüvvələri Liman, Baxmut, Avdiv və Marin istiqamətlərində hücumlarını davam etdirir. Baxmut və Marin döyüşlərin episentrində qalır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Son sutka ərzində Ukrayna ordusu bu istiqamətlərdə Rusiya qoşunlarının 30-dan çox hücumunun qarşısını alıb.
Ruslar Liman istiqamətində Dibrovanın cənubunda yerləşən ərazilərdə uğursuz hücum əməliyyatları keçirib. Luqansk vilayətində Makivka, Donetskdə isə Beloqorivka, Verxnokamyansk və Spirne artilleriya atəşinə məruz qalıb.
Baxmut istiqamətində hücum səngimək bilmir, şəhər uğrunda şiddətli döyüş gedir. Rusların bu istiqamətdə İvanivsk və Predteçiniyə hücumları uğursuzluqla nəticələnib.
Ruslar Avdiv istiqamətində Pervomayski rayonuna hücum edib, amma nəticəsiz qalıb.
Marin şəhəri istiqamətində də Rusiya ordusunun çoxsaylı hücumlarının qarşısı alınıb.
Bundan başqa, son sutka ərzində Ukrayna qüvvələri Rusiyanın 520 hərbçisini məhv edib.
Baş Qərargahın məlumatına görə, tammiqyaslı işğalın əvvəlindən rusların ümumi döyüş itkiləri təxminən aşağıdakı kimidir:
Şəxsi heyət - 191 940 nəfər;
Tank - 3702 (+1) ədəd;
Zirehli döyüş texnikası - 7199 (+6) ədəd;
Artilleriya və yaylım atəşi sistemi – 2946/544 (+16) ədəd;
Hava hücumundan müdafiə vasitəsi - 300 (+2) ədəd;
Təyyarə/helikopter - 308/294 ədəd;
PUA - 2505 (+28) ədəd;
Qanadlı raket – 947 ədəd;
Gəmi/kater – 18 ədəd;
Nəqliyyat vasitəsi və yük maşını - 5 865 (+14) ədəd;
Xüsusi texnika - 363 (+3) ədəd.