3 May 2023 10:33
1 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Krasnodar vilayətinin Taman limanı yaxınlığındakı neft məhsulları olan anbar yanıb. Bu, Krım körpüsündən çox da uzaq deyil.

Teleqraf.com xəbər verir ki, bu barədə Krasnodarın qubernatoru Venyamin Kondratyev məlumat verib.

Onun sözlərinə görə, yanğın Volna kəndində baş verib. Yanğının nədən baş verdiyi rəsmən açıqlanmasa da, Rusiya Teleqram kanalları anbarın pilotsuz təyyarə ilə vurulduğunu iddia edirlər.

Temryuk rayonunun rəhbəri Fedir Babenkov bildirib ki, yanğının sahəsi 1200 kvadratmetrdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər