Müharibədə Ukrayna dövlətinin vəzifəsi Moskvaya zərbə endirmək deyil, işğal olunmuş əraziləri azad etməkdir.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna prezidentinin sözçüsü Sergey Nikiforov deyib.
“Kremlə saxta gecə hücumu barədə məlumatımız yoxdur, amma Prezident Zelenskinin dəfələrlə bəyan etdiyi kimi: Ukrayna bütün mövcud qüvvə və vasitələrini başqalarına hücuma deyil, öz ərazilərinin azad edilməsinə yönəldir”. - Nikiforov bildirib.
Eyni zamanda, Ukrayna prezidentinin sözçüsü qeyd edib ki, Rusiyanın Dnepr və Umanda çoxmərtəbəli yaşayış binalarına raket hücumlarından fərqli olaraq, Moskvada baş verən hadisə terror aktı sayıla bilməz.
“Moskvada baş verənlər mayın 9-dan əvvəl vəziyyətin gərginləşməsidir”, - Ukrayna rəsmisi vurğulayıb.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Kreml Sarayına dron hücumuna görə Ukraynanı ittiham etmişdi.