3 May 2023 22:35
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Entoni Blinken Kremlə dron hücumu edilməsi ilə bağlı əlində fakt olmadığını deyib.

Teleqraf.com xəbər verir ki, Blinken Kremldən gələn bütün açıqlamalara şübhə ilə yanaşdığını vurğulayıb:

“Biz faktları əldə etdikdən sonra onların nə olduğuna baxacağıq. Fərziyələr irəli sürmək çətindir”, - deyə Blinken bildirib.

Qeyd edək ki, Kremlə PUA-larla zərbə endirilməyə cəhd edilib. Rusiyalı hərbçilər və xüsusi xidmət orqanları gecə 3 radələrində Kremlə hücum edən iki pilotsuz uçuş aparatını zərərsizləşdirib. Hadisə zamanı xəsarət alan olmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər