Rusiyanın “Vaqner” qrupu Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında Ukrayna ordusunun “cəhənnəm hücumu”na hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə VÇK-OQPU (ВЧК-ОГПУ) Teleqram kanalı məlumat yayıb.
Məlumatda deyilir ki, əks-hücum ərəfəsində “Vaqner” muzdlu məhbusları və könüllüləri irəli atmağa başlayıb.
“Baxmutda peşəkar hərbçiləri tükənir, məhbuslardan əlavə, orada kifayət qədər könüllülər də var. Qüvvələr sürətlə formalaşdırılır və hücumlara atılır. Priqojin qüvvələrdə mümkün qədər səmərəli istifadə etmək göstərişi verib”, - məlumatda qeyd edilir.
Kanal bildirir ki, “Vaqner” günə 100-ə yaxın itki verir. Mənbə lideri Yevgeni Priqojin “Vaqner” tam yox olanadək onu Ukraynada döyüşdürmək niyyətində olduğunu iddia edir.
Məlumata görə, ağır itki verən Rusiyanın nizami qüvvələri də Baxmut və Soledar yaxınlığında maksimum təhlükəsizlik rejiminə keçiblər.
“Bütün əlamətlər göstərir ki, Ukrayna Silahlı Qüvvələrinin əks hücumu bölgəni (ruslar üçün) cəhənnəmə çevrilə bilər. Rus qoşunlarının idarəçiliyində xaos hökm sürür, təchizatın təşkili və canlı qüvvənin durumu fəlakətlidir, motivasiya aşağı, kəşfiyyat işi dramatikdir, perspektiv isə yoxdur. İtkilər və nəticələr çox ciddi ola bilər. Bunu hətta müharibə zamanı verilən bütün itkilərlə müqayisə etmək olmaz”, - məlumatda vurğulanır.