2024-cü il seçkilərində ABŞ prezidentliyinə namizədliyini irəli sürməyi planlaşdıran sabiq dövət başçısı Donald Tramp deyir ki, qalib gəlsə, Ukraynadakı müharibəni 24 saata bitirə bilər.
Teleqraf.com xəbər verir ki, eks-prezident həm Rusiya, həm də Ukrayna liderini yaxşı tanıdığını iddia edir.
“Prezident olsaydım, bu müharibəni bitirərdim və bu, 24 saat çəkərdi. Zelenskini, Putini yaxşı tanıyıram. Bu müddətdə bitirə bilərəm. Yüz faiz”, - Tramp bildirib.
Sabiq prezident həmçinin Rusiyanın hücumları nəticəsində Ukrayna şəhərlərinin dağıdılmasını və çoxsaylı insan tələfatını pisləyib.