Rusiya 9 May Qələbə Günü ərəfəsində ləğv edilən paradların sayını artırmaq üçün mayın 3-də Kremlə dron zərbəsindən istifadə edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Müvafiq qurumlar artıq Rusiyanın 21 şəhərində və işğal olunmuş Krımda 9 May paradlarını rəsmi əsas olmadan və ya təhlükəsizlik səbəbi ilə ləğv ediblər.
“ISW bundan əvvəl də bildirmişdi ki, Rusiya Kremlə vurduğu zərbədən 9 May tədbirlərini ləğv etmək və Ukraynadakı müharibəni ölkə üçün ekzistensial təhlükə kimi təqdim etmək üçün informasiya səylərini artıracaq. Böyük ehtimalla Kreml Rusiya ordusunun deqradasiyasını gizlətmək üçün ənənəvi 9 May tədbirlərini məhdudlaşdıracağına ümid edir. Çünki belə tədbirlər Rusiyanın Ukraynadakı əməliyyatları üçün mühüm əhəmiyyət kəsb edən və ya 14 aylıq ağır döyüşlərdə məhv edilmiş qabaqcıl Rusiya hərbi texnikasını nümayiş etdirirdi”, - məlumatda deyilir.
Kreml həmçinin Ukraynada çox sayda hərbi itkiyə daxili təpkilərdan çəkindiyinə görə 9 May tədbirlərini ləğv edir.